İradə Əlili - DOSTUM TDKŞB · 03.08.2026 Gəl, öz dünyan ilə sar məni, dostum Özümkü əynimə boş gəlir daha. Köksümdən, köksünlə vur məni, dostum Ümid var doğulan günə, sabaha. Tanrıdan kəsilməz ümid, yəqindir. Yəqinlər yaradıb dünyanı, yəqin! Cəsarət ölçüsü zəiflik deyil, Gümrahlar görmüşəm qorxudan əzgin. Birlikdə acılar keçib gedəndir. Gələcək şirinlər, acı əvəzi. Dünyamı dünyanla dostum sevindir. Qəlbdə günəş yandır gözü sevindir. Gəl, öz dünyanı ilə sar məni dostum! — https://tdksb.org/works/irade-elili-dostum