Leyla Mətin - Ay üzlüm TDKŞB · 09.08.2026 Ay üzlüm yenə şehdir yanaqların Səndən uzaq düşəli? Bilirəm tez -tez sabah olur tez-tez şeh düşür üzünə. Niyəsə günlər ötüşmür. Bu tərəflərdə qara gecələr yaman uzun olurmuş Bilmirdim. ayın on beş günü on beş il kimi ötür Ay hər gecə evinə əliboş getmək istəmir Həsrət yağışları yağmamış Bu nə yağış sevgisiymiş bir bilsəm De görüm ən çox etdiyin dua hansıdır Qoy özüm deyim sabahın biri yuxudan bir ayılmaq Hə deyəsən tapdım Susdunsa razısan demək Buraları isti deyirdilər Yaman üşüyürəm Baxıram hamı nazik geyinir Tək mənəm qalın geyimdə. Yad baxışlar üzərimə Güllə kimi tuşlanır Sənin xəyalına sarılıb güllələri birtəhər dəf edirəm Bax yenə sən Olmasan nə edərdim? Artıq 3 gün qalıb Saatın əqrəbləri çox asta yeriyir Sanki əqrəblər qeybətçil qadınlar kimi yolda dayanıb söhbət edirlər Bu nədir axı sıxılmaqdır Ya darıxmaqdır Uzaqlardan sevmək beləmi olurmuş Bir gün də ötsün artıq yaxınında olacam Uzun həsrətdən sonra ilk dəfə Sevgi qoxacaq qəlbimiz İndi acı olsa da Sevdiyim , inan bu darıxmaqlı günləri də gözəl xatırlayacağıq! — https://tdksb.org/works/leyla-metin-ay-uzlum