Leyla Mətin - Dünya TDKŞB · 05.08.2026 Bir qucaq dərdim var, hansını deyim. Şikayət eyləyim özünə, dünya. Xəncəri azca çək, bir nəfəs alım, Dərin bir ah çəkim üzünə, dünya. Bir misra gün görüm göz işığına, Məhəbbətlə baxım yaraşığına. Nə olar, "kəs" söylə sən yağışına, Yağmasın bu gündən üzümə, dünya. Sevməsin kədərin, sevməsin qəmin. Unutsun, biryolluq unutsun məni. Vallah incimirəm, qoy tutsun məni Atsın ocağının közünə dünya. Qapıma gəlməsin sevinc dalınca, Nə qəmlər çəkmişəm sevinc alınca! Ölüm aramışam ömür boyunca, İndi əcəl düşüb izimə, dünya. — https://tdksb.org/works/leyla-metin-dunya