Nəcibə İlkin - Dərdlərin yuya səni TDKŞB · 10.09.2026 Bir uçuq daxma ola Oturub qəmlənəsən. Dərdini güzgü bilib, Elə güzgülənəsən. Gözlərin qəhərlənə Nar kimi sıxılasan. Köksün elə titrəyə Dəniztək çalxanasan. Çəkib qəmin ətrini Bir az ləpələnəsən. Dərdlərin gül üzünə Şirin-şirin güləsən. Bulud-bulud ağlayıb Göylərə çəkiləsən. Dərdlərin yuya səni, Kəfənə büküləsən. Şəklini çəkə yollar, Yer də qısqanclıq edə. Əzrayıl dostun ola Səni tərk edib gedə. Ayılasan, yuxudu... Dünya ayağın altda. Dərdi yuxuya verib Durasan geri qatda. — https://tdksb.org/works/necibe-ilkin-derdlerin-yuya-seni