Xuraman Muradova - Bağışlamağı öyrənirəm TDKŞB · 13.10.2025 Bir zamanlar küsgünlüyüm çox idi,Sözlərimdə sükut gizli qalmışdı.Hər gileyim qəlbdə daşa dönmüşdü,Ürəyimə küskünlük yol salmışdı. İndi baxıram ki, ötüb o illər,O daşlarda çiçəyə dönüb bitib.Ağrılarım yumşalıb dualarda,İncikliklərim də tükənib bitib. Baxdım xəyanətə… baxdım ağrıya,Gördüm… ürəyimdə sevgilər bitdi.Düşündüm… əgər mən bağışlamasam,Ömrüm də, günüm də… hədərə getdi. Bağışlamaq — keçmişi silmək deyil,“Məni incitməkdən əl çək!” deməkdir.Ruhunda qaranlıq xatirələrə,“Bir yolluq uzaqlaş, çıx get!” deməkdir. Bağışlamaq — qəlbdə ən gözəl anım,Öyrəndim bunları olub keçəndən.Bağışlamaqımla aldım intiqam,Ruhuma azadlığı bəxş eylədim mən. Bağışladım dualar etmək üçün,Bağışladım Cənnətə getmək üçün.Bağışladım, Rəbbim də sevsin məni,Nurlara qərq olsun gecəm, gündüzüm. Bağışladım — susmağı sevdim bu gün,Sükutun içində dindi gerçəyim.Bağışladıqca ruhum dincəldi,Açıldı Allaha dua əllərim.Açıldı Allaha dua əllərim… — https://tdksb.org/works/xuraman-muradova-bagislamagi-oeyrenirem