Xuraman Muradova - İnamsızlıq məzarı... TDKŞB · 13.01.2026 Qara geyinməmişəm, çünki yasım görünməz. İtirdiyim insan yox, itirdiyim — inamdı. Bir zamanlar “olacaq” deyə çoxlu sözlərim Özünü doğrultmayan inamım, ümidlərim… Baş daşına inamın son adını yazıram, zamanı da yazmadan, ordan uzaqlaşıram. Ən ağır tabut kimi yalan çıxan dualar adamın çiynində yox, ürəyində daşınar. Verdiyim vədlərlə də bu gün vidalaşıram, “dözərəm” dediyimlə son kəs qucaqlaşıram. Heç kim yasa gəlməyib, çünki inam tək ölür. Bir şam da yandırmışam — işıqlanmaq üçün yox, külə çevrilsin deyə. Məzarının daşına sakit pıçıldayıram: nə səni bağışlaram, nə dalınca gələrəm. Amma bu da son deyil — inanmadıqlarıma azadlığı verdim mən. İnamın yoxluğundan özümə yol tikdim mən. Bu gün inamı deyil, tək özümü seçdim mən… Tək özümü seçdim mən... — https://tdksb.org/works/xuraman-muradova-inamsizliq-mezari