Xuraman Muradova - Salam sənə, Əziz Vətən! TDKŞB · 02.09.2025 Salam sənə əziz Vətən Özbəkistan, Özbəkistan! (Əbədi bağımsızlıq diləklərimlə Qardaş Özbəkistana həsr edirəm...) Sənin ulu məhəbbətin, Tariximin nişanəsi! Sarayların duvarında, Ucaldılır Quran səsi. Səmərqəndim ey Daşkəndim, Könül yurdumda başkəndim! Əmir Teymur, fatehləri, Tarixində bir yaraşıq. Parlar uldızların kimi Hər yanında gür bir ışıq. Sənin Xarezm’in, Buxara’n, Biz Türklərə ana vətən! Ərənlərin diyarıdır, Evliyalar bucağıdır, Qadim mədrəsələrin, Həqiqətin ocağıdır… Ey Kokandım Andincan’ım, Vətənə qurban bu canım! Qanla yuduq torpaqları , Birlikdə ağlayıb güldük. Bir ananın evladıyıq, Eyni candan cana gəldik. Namangana, Fərqanə’yə Salam olsun can vətənə! Azerbaycan’ım da yazdı, Şanlı zafər nəğməsini. Birgə yayaq bu dünyaya, Turan elin haqq səsini... Qaraqalpaq, Kaşkadərya’m Mənim yurdum, mənim dünyam! Mənim gözəl məmləkətim, Bağrında qurulsun Turan. Minarələrdən yüksəlsin, Göylərə mübarək azan! Xivədən, Surxandəryadan, Əsla ayrılmaz ki, bu can! Sənin şanlı bayrağına Zaval uğramasın aman! Dualarla salamlasın, Səni, bu qızın Xuraman! Salam sənə əziz vətən! Özbəkistan! Özbəkistan! — https://tdksb.org/works/xuraman-muradova-salam-sene-eziz-veten