Xuraman Muradova - Türkün Xanımı TDKŞB · 12.10.2025 Türkün xanımı – millətin, xalqın qeyrəti, Elin məğrur duruşu, hünər, əzəmət kimidir. Qəlbindəki dualar yüz illik tarixdən gələr, Səbrində, əməlində – Tanrıdan hikmət kimidir. O – ləyaqət güzgüsü, həm anadır, həm bacıdır, Haqqı heç ödənməyən – sonsuz hesabat kimidir. O – Türkün xanımıdır, igidlər verər vətənə, Şərəfiylə ucalar, əlçatmaz nemət kimidir. Həm çiçəkdir, həm polad, həm zərifdir, həm də ki,sərt, Qanı Türkün qanıdır – gücdür, dəyanət kimidir. Göz yaşlarında dua, gülüşlərində bahardır, Sözü – namus sözüdür, xalqa əmanət kimidir. O – sevgidir, mərhəmətdir, nurdur, bərəkətdir, Onu Allah göndərib – göylərdən enmiş mələkdir. O – Türkün anasıdır, yerdəki cənnət kimidir, O – Türkün xanımıdır, yerdəki cənnət kimidir. — https://tdksb.org/works/xuraman-muradova-tuerkuen-xanimi