Xuraman Muradova - Yolçu TDKŞB · 06.09.2026 YOLÇU Diyar-diyar dolanaram ruhumla, Hər şəhərin küçəsində izim var. Şəkillərə düşən qərib kölgəmi, İtkin düşmüş məktublarım axtarar… Diyar-diyar gəzərəm mən illərlə, Bir dəlisov küləyin gənc izində. O küləklər hara əssə, nə çarə, Toxumum var hər torpağın döşündə. Dağlar aşsam, qarşımdadır bu dəniz, Bu dənizin o tayında bir liman... Adını da bilmədiyim insanlar Görən məni tanıyarmı bir zaman?! Gecə mənə doğma gəlir, sirdaşdır, Ulduzlar da bələdçimdir, yoldaşdır. Hər pillə alnıma yazı, yaddaşdır, Ruhumdan silinib getməz heç zaman. Daha gecdir, nə durmaq var, nə dönmək, Addımlarım dastan yazır hər yerə. Yolçuyam mən, yolçu yolunda gərək Yollar məni götürür doğma yerə. Yollar məni götürür doğma yerə — https://tdksb.org/works/xuraman-muradova-yolcu