Missiyamız
Qadınların ədəbi yaradıcılığını dəstəkləyir, mədəni mübadiləni gücləndirir və yeni nəsillərin ədəbiyyat vasitəsilə öz səsini tapmasına kömək edirik.
Türk dünyasının ədəbiyyatını yaradan, qoruyan və paylaşan qadınları bir araya gətiririk. Şeir, dialoq və dostluq vasitəsilə dillər və sərhədlər arasında bağlar qururuq.

Qadınların ədəbi yaradıcılığını dəstəkləyir, mədəni mübadiləni gücləndirir və yeni nəsillərin ədəbiyyat vasitəsilə öz səsini tapmasına kömək edirik.
Qadınların ədəbi səslərinin icmaları birləşdirdiyi və gələcək nəsillərə ilham verdiyi bir dünya.
Hörmət, həmrəylik, yaradıcılıq azadlığı, mədəni müxtəliflik və ortaq ədəbi irsimizə qayğı.


Türk Dünyası Kadın Şairler Birliğinin Başkanı
Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvüdür. Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru,Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru və Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professorudur. II Türk Dünyası Beynəlxalq Ədəbiyyat festivalında “Türk Dünyası Onur medalı” ilə təltif olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin “Humay Milli Mükafatı”na layiq görülmüşdür. 2023-cü ilin oktyabrında Türkiyənin Elazığ şəhərində keçirilən Beynəlxalq “Xəzər şeir axşamları” şeir festivalında Azərbaycanı təmsil edərək Türk Ədəbiyyatı Vəqfinin “Türk ədəbiyyatına üstün hizmət” beratına layiq görülmüşdür. Cari ildə həmçinin İraq Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Hizmət ödülü”, Kərkük Kültür Dərnəyinin “Türk şeirinə hizmət” ödülü və Türkiyə Elmlər Akademiyasının “Uluslararası Altın yıldız” medalı ilə təltif olunmuşdur. Qırğızıstan Respublikası “Çingiz Aytmatov” medalına, Qırğızıstan Təhsil Nazirliyinin “Altın qələm” mükafatına layiq görülmüşdür.
“Sənə məktub yazacam” adlı ilk kitabı 2021-ci ildə Azərbaycanda, “Ay Laçın, Can Laçın” kitabı 2023-cü ildə Ankarada “Gülnar” kitab yayın evində işıq üzü görmüşdür. “Özbəkistanım həm vətənimdir” şeirlər kitabı Özbəkistanda, "Yarım qalan məktublar " kitabı Türkiyədə, "Kimim var ki dağlarda?! " kitabı Bakıda işıq üzü görüb.
“Salam olsun Qarabağdan Tanrı dağa” şeirlər kitabı Qırğızıstanda nəşr hazırlanır. Vətən sevdalısı olan bir insan kimi müzəffər Ali Baş Komandanımıza hörmət və ehtiramını möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalq üçün yaşanmış şərəfli ömür yolundan bəhs edən “Əsrə bərabər 20 il” və "Əsrin qəhrəmanı olan komandan " kitablarında ifadə etmişdir. Xuraman xanım Muradova Dövlət başçımızın siyasi kursuna, dövlətimizə və dövlətçiliyimizə ən fədakar əsgər kimi sadiq bir insandır.
Ortaq irsimizi gələcəyə daşıyan müəlliflərlə onların öz dillərində tanış olun.
Sözə, mədəniyyətə və dostluğa sevgi ilə bağlanan qadınların icmasına qoşulun.