Xalq şairimiz Bəxtiyar Vahabzadənin ev muzeyinin rəhbəri hörmətli Elşən Zəkəriyyəbəyli qonağımız oldu.
Xalq şairimiz Bəxtiyar Vahabzadənin ev muzeyinin rəhbəri hörmətli Elşən Zəkəriyyəbəyli qonağımız oldu. Bu görüş bizim üçün həm mənəvi, həm də ədəbi baxımdan çox dəyərli idi. Xalqımızın böyük söz ustadının irsini yaşadan, qoruyan və gələcək nəsillərə çatdıran belə ziyalı insanlarla bir araya gəlmək qürurvericidir. Elşən bəyə bu möhtəşəm missiyasında uğurlar diləyir, dəyərli ziyarətinə görə dərin təşəkkür edirik.
