27 Sentyabr – Anım Günü
Bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günü qeyd olunur.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizi dərin ehtiram, qürur və sonsuz minnətdarlıq hissi ilə yad edirik.
Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq, Vətənə olan sonsuz sevgisi və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların müqəddəs xatirəsi hər zaman böyük hörmətlə anılacaq və gələcək nəsillərə ötürüləcək.
Türk Dünyası Kadın Şairler Birliyi olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun.
Xuraman Muradova
Türk Dünyası Kadın Şairler Birliği Başkanı
- Əlavə edilib
- 05:20
- Oxunma
- 67
- Oxuma müddəti
- 1 dəq oxu
- Orijinal dil
- Azərbaycan dili


Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.