Aysel Xanlarqızı - Azərbaycan 02 Avqust 2026, 11:48
Səfərli Aysel Xanlar qızı 1982-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.1988-1999-cu illərdə Lənkəran şəhər 2 saylı məktəbdə təhsil almışdır. 1990-1997-ci illərdə C.Cabbarlı adına musiqi məktəbinin fortepiano ixtisasına yiyələnmişdir.1999-2003-cü illərdə Lənkəran Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır. İxtisasca filoloqdur.
Altı illik müəllimlik fəaliyyəti vardır, bir neçə saytda redaktorluq etmişdir. (qısa müddətliyə Space tv-də səhər proqramında ölkə və dünya informasiyalarını səsləndirmişdir.)
Uşaq yaşlarından şeir yazır və dövrü mətbuatda
müntəzəm olaraq dərc olunur. “Azərbaycan Yazıçılar Birliyinin”, “Yanqi Ovoz” Orta Asiya Yazarlar
Birliyinin və “İraq-Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin” üzvü, Prezident təqaüdçüsüdür. İlk şeirlər kitabı 2003-cü ildə Bakı Şirvan nəşrdə işıq üzü görmüşdür(“Bir
dünya var”) Ailə həyatı qurduqdan sonra İspaniya Krallığında yaşamağa başladığı üçün ikjnci kitabı vətənə geri qayıtdıqdan sonra 2018-ci ildə çap olunmuşdur( “Yoxluğunun cazibə qüvvəsi”) Daha sonra “Karantin boşluğu”, ”Darıxan şeirlər”, “Kağız təyyarələr” həmçinin Təbrizdə
“Hardasan, dostum?”, Almaniyada “Bu gün payız
kimiyəm” və Türkiyədə çap olunmuş “Pəncərəmə
günəş çək” və “Sən gəldin” adlı şeirlər kitablarının müəllifidir. “Rəsul Rza” və “Şahmar Ələkbərzadə” adına ədəbiyyat mükafatçısıdır. Orta Asiya yazarlar birliyinin Turan medalı ilə və İstanbulda Türk ədəbiyyatı Vəqfinin “Ahmet Kabaklı adına” ədəbiyyat medalı ilə təltif olunmuşdur. Həmçinin Türk Ədəbiyyatı Vəqfinin fəxri üzvüdür. Bayburt bələdiyyəsi tərəfindən keçirilən 30-cu Dədə Qorqud şeir yarışında “Jüri özel ödülünə” layiq görülmüşdür.
Ölkədən kənarda Azərbaycan ədəbiyyatını təmsil edərək müxtəlif tədbirlərdə çıxışlar etmiş, diplom və fəxri fərmanlarla təltif olunmuşdur.
Türkiyənin Ketebe nəşriyyatının baş redaktoru Şair Furkan Çalışkanın - “Mezzo Morte” adlı şeirlər kitabının, Tanınmış Türk şairi Dilaver Cebecinin şeirlər kitabının və məşhur yazıçı Ömər Seyfəddinin hekayələr kitabının Azərbaycan dilinə tərcümə etmişdir.
Sabir Rüstəmxanlının qurduğu Vətəndaş Həmrəyliyi Partiyasının Qadın qollarının rəhbəri, Müstəqil.az Saytının redaktorudur.
Qollarına avar çəkən gözlərin,
Qucağındır səcdə yeri,and yeri...
Həsrətinə yorğun düşən şəhərin,
Yanağında biri var ki, o sənsən...
Dan yerinin saçlarını saraldan,
Qayıdış yox qürub adli bir yoldan.
Ürəyimi götürdüyün vağzalda,
Gecikdiyim bir qatar ki,o sənsən...
Bahar qollarımda,payız saçımda,
Şehli baxışların kirpik ucunda.
Şirin görüşlərin titrək ovcunda,
Bir xatirə yeri var ki,o sənsən.
Ulduzların gecə rəngli gözündə,
Vücudumun hər sətirlik izində.
Bir şeirin közə dönmüş sözündə,
Misraları darıxar ki,o sənsən.
Nəfəsinə qurban kəsdim zamanı,
Kitab-kitab sözə dönən insanim.
Bu dunyada sevgi adlı unvanım,
Hardan bilsin adamlar ki, o , sənsən.
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

