Gülnar Samilqızı - Düz vaxtlarına 09 Avqust 2026, 10:52
Düz vaxtlarına
Qışdan yol tutasan, güllü bahara,
Varasan nərgizin, qız vaxtlarına.
Sonra yüyürəsən üzü dağlara,
Çatasan lalənin "köz" vaxtlarına.
Qatıb bir-birinə aranı, dağı,
Təngiyə nəfəsin, şişə ayağın,
Yetəsən, qaynayan "Nazlı bulağ"ın,
Dişini göynədən, buz vaxtlarına.
Bu necə azadlıq?! - cəza qədəri,
Bir ümüd çıxmır ki, yaza qədəri...
Söküb, vaxt-vədəsiz qəza-qədəri,
Qurasan hər şeyi, öz vaxtlarına
Gülnar, düz dünyada düzlər azalıb,
Çoxları yükünü çiynindən salıb,
Ayaq qablarını, əlinə alıb,
Qaçasan dünyanın düz vaxtlarına
Gülnar Samilqızı
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

