Nəcibə İlkin - 65 02 Avqust 2026, 11:43
Nəcibə İlkin (Babakişiyeva) Bahadur qızı. 1961-ci ilin iyulun 22-də Tərtər rayonunun Sarov kəbdində doğulub. Ali təhsilli filoloqdur. Ailəlidir. İki övladı, iki nəvəsi var. Bakının Masazır qəsəbəsində yaşayır.
2006 -cı ildən Azərbaycan Nəşriyyatında çalışır. Təsisçisi və baş redaktoru olduğu "Azad Qələm" qəzetinin və jurnalının, "Ali Ziya" jurnalının baş redaktorudur. 1000 -ə yaxın kitabın redaktoru və ön söz müəllifidir. 30 ildir ədəbi və mətbu sahədə şair-publisist, jurnalist, yazıçı və ictimai xadim kimi fəaliyyət göstərir.
28 kitabın müəllifidir. Kitablarının əksəriyyəti vətən mövzulu olmaqla şəhidlər haqqındadır. Kitabları şeirlər, povest və hekayələr, romanlar və ədəbi publisisitkadan ibarətdir. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2007-dən Azərbaycan Jurnalistlər Birliyinin, 2009-cu ildən Türkiyə Yazarlar Birliyinin və İraq Türkmən Ədəbiyyatı Birliyinin üzvüdür. 2011-ci ildən Rusiya Beynəlxalq "Gülüstan" İctimai Birliyinin fəallarından biridir. Sənəti ilə bağlı 2009-cu ildən Türkiyənin ilk olaraq Nivşehrində, 2011-ci ildən isə başqa şəhərlərində Ankarada, İzmitdə, İzmirdə, Sivasda, Adanada, İstanbulda olub. Adana Çükürova Edebiyyat Dərnəyinin təmsilçisi və kardinatorudur. Orda dərc olunmuş "Hər şeirdən bir damet" adlı türk dilli ölkələrin qatıldığı antologiyanın redaktorudu.
Türkiyədə olduğu illərdə müxtəlif mükafatlarla təltif olunub.
2019-cu ildə Türkiyədə nəşr olunan “Elbistan”dərgisinin redaksiyası tərəfindən Türk dünyası könül elçisi ödülü”-nə layiq görülmüşdür.
2016-cı ildə “Avropa Nəşr Mətbu Evi”-nin QIZIL MEDALI Ilə təltif edilərək, ona “ilin ən yaxşı vətənpərvər şairi” mükafatı təqdim edilmişdir.
2020-ci ildə Mərkəzi Asiyanın “YENİ AVAZ” Yazıçılar və Tarixçilər Birliyinin və “TURAN BİRLİYİ” medalı ilə mükafatlandırılıb.
Bundan başqa yüzlərlə başqa təşkilat və QHT lər tərəfindən media mükafatlarına layiq görülüb.
65 illik yubileyi ilə əlaqədar Türk Dövlətləri Birliyi Koordinasiya Mərkəzinin Azərbaycan üzrə direktoru İlqar Türkoğlu tərəfindən "Türk Dövlətləri Birliyi" medalına layiq görüldü.
Tez -tez efirlərdə şair, ictimai xadim, ailə və sosial məsələlər üzrə ekspert qismində iştirak edir.
NƏCİBƏ İLKİN -65
Nə qəribə təsadüf...
Dayanmışdıq üz-üzə...
Ayaqlarımız elə bil yerdən üzülmüşdü,
Payız xəyallarımın üstünə
Yaz çiçəkləri düzülmüşdü...
Yenə göyün yeddinci qatında
Yenə sevgi atında
Çapırdıq dörd nala..
Sevgi yüklü baxışlarda
Əriyirdik az qala....
Susub, danışmırdıq...
Uzun illərin acısını gözündə söndürmək
üçün üşüyən baxışlarımız danışırdı...
Sevgi yaşlarını yarpaq-yarpaq
bükən ürəyimiz gizli-gizli alışırdı.
Həsrətindən donmuş dodağımıın pıçıltısında
eşitdim adını.
Sonra o səs qulaqlarımda, başımda uğuldadı:
-Niyə aldatdın o qadını?!
Gözümdəki buludların leysana dönüb
puçur-puçur yanağımda çiçəklənməsindən ayıldım.
Sönmüş eşqimizin çırağını yandırmaq üçün əlimi sənə uzatdım
Donmuşdun xəyalların kimi...
Əlində buzlamışdı xatirələrin yanan dilləri
Nəfəsinin yaza dönən yolunu qar basmışdı
Birdən ayılıb görməmiş kimi yenidən tikdin üzümə baxışlarını...
Bilmədim qar yağmışdı...ya xatirələrin iziydi..
Bir anlıq qar adamını xatırladın...
Sən demə.....
Eşqimizin qocalıq çağı gəlmişdi!!!!
DİGƏR XƏBƏRLƏR
-
Leyla Şerif Emin -Eyvallah- Kuzey Makedonya
02 Avqust 2026, 13:22 -
Xuraman Muradova - VEFA OLSA, O YUSUF HİÇ SATILMAZDI
02 Avqust 2026, 13:00 -
Feyzan Korur - YASEMİNLERE SU VERMELİYİM
02 Avqust 2026, 12:54 -
İnci Okumuş - Aşkın Elif Hâli
02 Avqust 2026, 12:49 -
Нуркыз Рыскул кызы - Qırğızıstan
02 Avqust 2026, 12:12 -
Aysel Xanlarqızı - Azərbaycan
02 Avqust 2026, 11:48 -
Nəcibə İlkin - 65
02 Avqust 2026, 11:43 -
Xuraman Muradova: Türk dünyası kökləri bir olan; dalları farklı diyarlara uzanan ulu bir çinardır. Coğrafyalarımız ayrı olsa da, ninnilerimiz de birdir, masallarımız da, yüreğimizin atışı da... Digər Albomlar
02 Avqust 2026, 11:36 -
Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı Xuraman Muradova: “Nəriman Həsənzadə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının söz çinarı idi”
01 Avqust 2026, 14:23 -
Xuraman Muradova: "Milli Yaylaq Festivalı milli ruhun və türk mədəniyyətinin möhtəşəm bayramıdır"
31 İyul 2026, 13:12

