Türk Ədəbiyyatı Vəqfinin təşəbbüsü ilə Türk dünyasının hər bir ölkəsini təmsil edən xanımlardan ibarət “Türk Dünyası Qadın Şairlər Birliyi” yaradılıb. 06 Sentyabr 2025, 09:46
Birliyin sədri olaraq Azərbaycan və Türkiyə Yazıçılar birliklərinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin Fəxri üzvü, azərbaycanlı şairə, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru Xuraman Muradova seçilib.
“Türk Dünyası Qadın Şairlər Birliyi”nin yaradılması ilə bağlı qərar bu il avqustun 1-dən 4-dək Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “Türk Dünyası I Lefkoşa Şeir Axşamları” çərçivəsində qəbul edilib.
Tədbirdə Türk dünyasının gələcəyində qadın şairlərin rolu müzakirə olunub.
Azərbaycanlı şairin rəhbərlik edəcəyi birliyin sədr müavinləri vəzifəsinə Türkiyədən İnci Okumuş və Şimali Makedoniyadan Leyla Şerif Emin, baş katibi isə Azərbaycandan Aysel Xanlarqızı təyin ediliblər.
Birliyin əsas məqsədi Türk dünyası qadın şairlərinin yaradıcılığını təbliğ etmək, ədəbi-mədəni körpülər qurmaq, gənc şairlərə dəstək olmaq, Türk dünyası arasında birlik və həmrəyliyi şeir vasitəsilə daha da gücləndirməkdir.
Türk dünyasının qadın şairlərini bir araya gətirəcək qurumun xalqlarımız arasında ədəbi və mədəni əlaqələrin inkişaf etdirilməsi, Türk dünyası qadınlarının əlaqəsinin gücləndirilməsi, xalqlarımız arasında dostluq və həmrəyliyin daha da artırılması, eləcə də türk dövlətlərində irimiqyaslı tədbirlərin keçirilməsində mühüm addımlar atması və bu sahədə əhəmiyyətli rolları üzərinə götürməsi nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
-
Нуркыз Рыскул - Ал кез....
03 Avqust 2026, 14:59 -
İradə Əlili - DOSTUM
03 Avqust 2026, 14:54 -
Gülzar Abla Bayatlı - Gitti Elimden
03 Avqust 2026, 14:46 -
Nəcibə İlkin - GEDƏSƏN
03 Avqust 2026, 14:43 -
Şərifə Cəfəri -Gavazəng - zəncanın gözəl və uca dağı.
03 Avqust 2026, 14:39 -
Xuraman Muradova - Kim Bilir… Belki Yarın
03 Avqust 2026, 11:06 -
İnci Okumuş -Boş Kalan Şiir
03 Avqust 2026, 08:37 -
Leyla Şerif Emin - Dolunay Seferi
03 Avqust 2026, 08:30 -
Feyzan Korur - İz ve İncir
03 Avqust 2026, 08:23 -
Leyla Şerif Emin -Eyvallah- Kuzey Makedonya
02 Avqust 2026, 13:22

