Xuraman Muradova- KIBRIS ...YARALI ADA 04 Avqust 2026, 12:53
KIBRIS ...YARALI ADA
Ah Kıbrıs, ah Kıbrıs! Yaralı Ada!
Neçə Şəhid ruhu dolanır burda.
Torpaq pıçıltılar - Şəhid duası.
Könül duyğuların sızlar səhrada.
Sahilə çırpılan dalğaları da,
Bölünmüş qəlblərin acı göz yaşı.
Deyə bilmədiyin torpağın deyir,
Hər ağac, sükutun acı yaddaşı.
Bu sükut içində qırılan səslər,
Bir ana fəryadı, haraylı səsdir.
Bəlkə bir körpənin son çığırtısı,
Bəlkə də kim bilir, bir son nəfəsdir.
Ürəyi döyünür burda Türkümün,
Ana vətənimin həsrət sevdası.
Burda sızıldayan küləklərin də
Sağala bilməyən Vətən yarası.
Bir gözü bayrağa baxıb gülümsər.
Bur qəlbi ikiyə bölünmüş ada.
Bir gözü boğular yaşın içində...
Bu acı həsrətdir, bu sonsuz sevda.
Bu ada ağlayır içində, susmur,
Yaşayır içində ağrılarıyla.
Gecələr torpağa göz yaşı tökür,
İkiyə bölünən dualarıyla…
Əlləri ayrılan qardaşlar kimi,
Torpaq da birləşmək istəyir axı...
Bizi unutmayın deyir hər zaman,
Səssiz ağlamağı, səssiz susmağı.
Türkün ayaq səsi gəlir bu anda,
Torpaq cana gəlir, torpaq dirçəlir.
Kıbrısda dərd susur, sükut içində-
Kıbrısın bayrağı göyə yüksəlir.
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

