Xuraman Muradova: Mədəniyyət üzərində qurulan körpülər Türk dünyasının birliyini, həmrəyliyini daha da gücləndirəcək 31 İyul 2026, 11:07
Xuraman Muradova: Mədəniyyət üzərində qurulan körpülər Türk dünyasının birliyini, həmrəyliyini daha da gücləndirəcək
Türk dünyasında ədəbi-mədəni həmrəyliyin möhkəmləndirilməsi, ortaq dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi bu gün təkcə yaradıcılıq deyil, eyni zamanda, mənəvi məsuliyyət tələb edən mühüm missiyadır. Məhz bu baxımdan Türk Dünyası Qadın Şairlər Birliyinin yaradılması təşəbbüsü Türk dünyasının ədəbi həyatında yeni və əhəmiyyətli bir mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.
Bu fikirləri mətbuata açıqlamasında Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Türk Dünyası Qadın Şairləri Birliyinin rəhbəri, tanınmış şairə Xuraman Muradova bildirib.
Onun sözlərinə görə, birliyin yaradılması ilə bağlı qərarın Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “Türk Dünyası I Lefkoşa şeir axşamları” çərçivəsində qəbul olunması təsadüfi deyil. Bu addım Türk dünyasında qadın şairlərin rolunun artdığını, onların yalnız ədəbi prosesin iştirakçısı deyil, həm də mədəni birliyin daşıyıcısı kimi çıxış etdiyini nümayiş etdirir. Birliyin əsas məqsədi qadın şairlərin yaradıcılığının təbliği, gənc istedadlara dəstək, ölkələr arasında ədəbi-mədəni körpülərin qurulması və Türk dünyasında birlik ruhunun şeir vasitəsilə daha da gücləndirilməsidir.
“Qısa müddətdə birliyin fəaliyyəti beynəlxalq miqyasda öz bəhrəsini verməyə başlayıb. Türkiyənin Kayseri şəhərində keçirilən beynəlxalq ədəbi toplantı, eləcə də Elazığda baş tutan 28-ci “Beynəlxalq Xəzər şeir axşamları” Türk dünyası şairlərinin bir araya gələrək ortaq düşüncə və duyğuları paylaşdığı mühüm platformalara çevrilib. Bu tədbirlərdə qadın şairlərin fəal iştirakı, səsləndirilən poetik nümunələr türk milli düşüncəsinin və mənəvi dəyərlərinin vahid səs kimi təqdim olunmasına xidmət edib.
Xüsusilə qeyd olunmalıdır ki, bu cür tədbirlər yalnız poeziya gecələri ilə məhdudlaşmır, eyni zamanda, panel müzakirələri, gənclərlə görüşlər, təhsil müəssisələrində keçirilən ədəbi dialoqlar vasitəsilə Türk dünyasının gələcək nəsillərinə yönəlmiş strateji mahiyyət daşıyır. Qadın şairlərin bu prosesdə fəal mövqeyi onların cəmiyyətin mənəvi inkişafında oynadığı rolu bir daha təsdiqləyir”, - deyə Türk Dünyası Qadın Şairlər Birliyinin rəhbəri vurğulayıb.
O qeyd edib ki, bu birlik qarşıdakı dövrdə də Türk dövlətlərində irimiqyaslı ədəbi layihələrin həyata keçirilməsini, ortaq antologiyaların hazırlanmasını, gənc qadın şairlər üçün yaradıcılıq platformalarının qurulmasını və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsini əsas prioritetlər kimi müəyyənləşdirir.
Xuraman Muradova diqqətə çatdırıb ki, birliyin fəaliyyətinin sistemli və geniş coğrafiyada koordinasiyalı şəkildə həyata keçirilməsi məqsədilə ölkələr üzrə başqan yardımçıları təyin olunub. Türkiyədə bu vəzifəni İnci Okumuş, Azərbaycanda Aysel Xanlarqızı, Özbəkistanda Nargiz Asadova, Qırğızıstanda Nurkız Riskulqızı, Qazaxıstanda Assel Ospan, Makedoniyada Leyla Şerif Emin, Şimali Kiprdə Feyzan Korur, Kərkükdə Gülzar Bayatlı, Başqırdıstanda Tenzilia Davletberdina, Tatarıstanda isə Şemsiye Cihangirova icra edir. Bu təyinatlar Türk dünyasının müxtəlif bölgələrində qadın şairlərin ədəbi-mədəni fəaliyyətinin əlaqələndirilməsi, ortaq layihələrin reallaşdırılması və birlik ruhunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Məqsədimiz Türk dünyasının qadın səsini, ana ruhunu və poetik düşüncəsini qlobal mədəni məkanda daha aydın və təsirli şəkildə tanıtmaqdır. Əminliklə demək olar ki, bu birlik Türk xalqları arasında ədəbi və mədəni əlaqələrin möhkəmlənməsinə, dostluq və həmrəyliyin dərinləşməsinə, eləcə də Türk dünyasının ortaq gələcəyinə xidmət edən mühüm bir ədəbi platforma kimi fəaliyyətini davam etdirəcək”, - deyə birliyin rəhbəri fikirlərini tamamlayıb.
“İnsan ən çox güvəndiyi yerdən yorularmış…”
- Xuraman Muradova
DİGƏR XƏBƏRLƏR
-
Leyla Şerif Emin -Eyvallah- Kuzey Makedonya
02 Avqust 2026, 13:22 -
Xuraman Muradova - VEFA OLSA, O YUSUF HİÇ SATILMAZDI
02 Avqust 2026, 13:00 -
Feyzan Korur - YASEMİNLERE SU VERMELİYİM
02 Avqust 2026, 12:54 -
İnci Okumuş - Aşkın Elif Hâli
02 Avqust 2026, 12:49 -
Нуркыз Рыскул кызы - Qırğızıstan
02 Avqust 2026, 12:12 -
Aysel Xanlarqızı - Azərbaycan
02 Avqust 2026, 11:48 -
Nəcibə İlkin - 65
02 Avqust 2026, 11:43 -
Xuraman Muradova: Türk dünyası kökləri bir olan; dalları farklı diyarlara uzanan ulu bir çinardır. Coğrafyalarımız ayrı olsa da, ninnilerimiz de birdir, masallarımız da, yüreğimizin atışı da... Digər Albomlar
02 Avqust 2026, 11:36 -
Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı Xuraman Muradova: “Nəriman Həsənzadə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının söz çinarı idi”
01 Avqust 2026, 14:23 -
Xuraman Muradova: "Milli Yaylaq Festivalı milli ruhun və türk mədəniyyətinin möhtəşəm bayramıdır"
31 İyul 2026, 13:12

