Xuraman Muradova - Mənsiz… 11 Sentyabr 2026, 13:31
Səssiz bir ayrılıq düşər ömrünə,
Adım bir xatirə kimi qalacaq.
Sözlərin yarımçıq, baxışlar susqun,
Qəlbinin içində izim qalacaq.
Mənsiz bu dünyanın dadı qaçacaq,
Bir sınıq ürəklə barışacaqsan.
Hər gün eyni dərdi, eyni kədəri,
Ruhunda daş kimi daşıyacaqsan.
Dönüb keçmişinə kölgə tək hər gün,
Mənim gülüşümü axtaracaqsan.
Xəyalında qalan xatirələrlə,
Yenə dərdi-səri paylaşacaqsan.
Hər axşam pəncərə önündə durub,
Səmaya baxacaq sönük gözlərin.
Dilində donacaq ən şirin sözlər,
Yaddaşda qalacaq acı izlərin.
Hər zəngin gələndə ruhundan keçər,
“Bəlkə zəng edən o?..” — düşünəcəksən.
Amma heç bir zəngdə məni tapmayıb,
Səssizcə bir küncə çəkiləcəksən.
Yuxuna gələrəm bir duman kimi,
Əlini uzadıb tuta bilməzsən.
Mən artıq əlçatmaz bir xəyal oldum,
Gedərəm, arxamca çata bilməzsən.
Mən elə gedərəm, olmaz dönüşüm,
Həsrətim ruhunda bir dağ olacaq.
Sənin mənsizliyə məhkum ömründə,
Adım ən əlçatmaz soraq olacaq!
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

