Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK 14 Sentyabr 2026, 17:14
Gəl gələn ən xoş kəlamı sağlığında söyləyək,
Qədrini hər bir canın biz sağlığında söyləyək.
Adət olmuş bir kəs ölsün, sonra tərif söyləyək,
Haqqı varkən, gəl bu haqqı sağlığında söyləyək.
Bəlkə xoş sözdən ömürlər nur saçar, artar yaşın,
Hər gözəl söz cana dərman, sağlığında söyləyək.
Neyləyir torpaq altında o bəzəkli sözləri?
Gözlərin nuru sönmədən, sağlığında söyləyək.
Mahnı qoşmaq, şeir yazmaq ruhu şad etməz daha,
Ruh bədəndən uçmamış, gəl sağlığında söyləyək.
Gül verib güldürmək olmaz torpağın ağuşunu,
Gül üzün gülsün deyə, biz sağlığında söyləyək.
Gözləyir hər kəs ölümü, sanki bir qiymət verə,
Gəl bu qədrin şanını biz sağlığında söyləyək.
Hər nə varsa bomboş eylər ölümü hər bir kəsin,
Dəyəri, eşqi, vəfanı sağlığında söyləyək.
Gecikən bir tərifi eşitməyir cansız bədən,
Söyləyək, fürsət varkən, sağlığında söyləyək.
İstəyir Xuraman hər qəlb sevgi dastanə dönə,
İncitək hər bir sözü gəl sağlığında söyləyək.
Sağlığında söyləyək, sağlığında söyləyək...
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

