Xuraman Muradova - Torpaqdır sadiq dost… 11 Sentyabr 2026, 11:02
Kimi dost çağırdıq, kimə güvəndik,
Hər kəsin qəlbində yalanı gördük.
Vəfa axtardıqca çox ləngidik biz,
Ən sonda torpaqda vəfanı gördük.
Nə isti qucaqlar, nə şirin sözlər,
Nə bir cüt vəfalı, ağlayan gözlər…
Hamısı zamana yenilib gedər,
Təkcə qara torpaq bir zaman gözlər.
O nə gileylənər, nə də inciməz,
Sirləri gizlədər, heç kəsə deməz.
Dünyanın yükünü çəkən bu torpaq,
Səni öz bağrına basar, “get” deməz.
Çox dostlar itirdik bu yolun üstə,
Çox saxta gülüşlər qoyduq rəflərə.
Ümidlər qocaldı hər gün ah-üstə,
Qayıtdıq zamana, ötən illərə.
Ən son sığınacaq, ən sonuncu yar,
Bağrında həm kədər, həm də hüzün var.
Nə darlıq eyləyər, nə yolun azar,
Ayrılıq möhrünü yalnız o yazar.
İstər şah olasan, istərsə gəda,
Gün gələr bir kimsə yetişməz dada.
Bütün sarılanlar edər əlvida,
Sonunda torpaqdır hər kəsə səda.
Nə ad qalar, nə də şan, bu dünyada,
Bir ovuc torpağa dönər hər nida…
Kim idik, nə idik — soruşan olmaz,
Torpaqdan gələnlər, dönər torpağa.
Torpaqdan gələnlər dönər torpağa…
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

