Xuraman Muradova- -Türk ruhu 04 Sentyabr 2026, 06:50
TÜRK RUHU
Xuraman Muradova
Biz ki Altaydan doğan bir nuri-cahan olmuşuq,
Eyni kökdən, eyni qandan əhdi-peyman olmuşuq.
Biz əzəldən var olan bir nəsli-izzət olmuşuq,
Kök salıb tarixə biz, bir şanlı dövlət olmuşuq.
Sarsılmaz təməllərlə həm soyumuz, həm kökümüz,
Aləmin hər dövründə hər dəm əzəl-var olmuşuq.
Qorxu bilməz bir cəsarət, bir şücaət olmuşuq,
Biz yenilməz bir qüvvəylə sarsılmaz can olmuşuq.
Zərbəmizdən titrəyib yer, hökmü-fərman olmuşuq,
Göy üzündə parlayan bir uca ünvan olmuşuq.
Haqqı yaydıq biz cahanda, nuri-rəhmət saçmışıq,
Zülmə qarşı bir səddik, məzluma imkan olmuşuq.
Biz ədalət bayrağın yüksəltmişik hər bir yerdə,
Kimsəsizin qəlbinə hər dəm pənah-can olmuşuq.
Səsləyir Turan bizi, hər bir nəfəsdə min nida,
Ruhu-vəhdət tək gəzib biz, tək bir ünvan olmuşuq.
Türkiyə, həm Azərbaycan — bir amaldır, bir vücud,
Biz bu vəhdət nuru ilə fəxri-dövran olmuşuq.
Vermişik min-min şəhid, torpağı gülşən eylədik,
Qan töküb hər bir qarışda canla qurban olmuşuq.
Mərdü-meydandır bu millət, qeyrəti-vicdanı var,
Saf səmimiyyət yolunda sanki bir can olmuşuq.
Hikmətində mülki-namus hər zaman bir nur alar,
Pak olan şərəf ilə biz fəxri-nişan olmuşuq.
Biz ki eşqi-Xaliq ilə hər dəm olduq birlikdə,
Səcdədə alnı açıq, həm əhli-iman olmuşuq.
Al qanıyla bayrağa həm şölə, həm nəfəs verib,
Dönməyib eşqindən əsla, vətənə qurban olmuşuq.
Zatımız ali-nəcabət, şanlı tarix şahiddir,
Biz cahan mülkündə hər dəm fəxri-insan olmuşuq.
Yaz, Xuraman, yaz, Türkün uca ruhu bitməz, ölməz,
Haqq yolunda birləşib, sarsılmaz insan olmuşuq.
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

