Xuraman Muradova - Yaxşı İnsanlar 04 Sentyabr 2026, 07:06
Gah duman çökəndə, gah qar yağanda,
Ruhun dincəldiyi bir liman, onlar.
Həyatın yükünü tək daşıyanda,
Qarşınıza çıxsın yaxşı insanlar.
Yaralı qəlblərə məlhəm kimidir,
Həyatın sərt üzün yumşaldar onlar.
Dərdinə şərikdir, həmdəm kimidir,
Könül bağçasını gülşən qılarlar.
Payız da bahardı, onlar gələndə,
Gözlərdən kədəri silib gedərlər.
Təmiz bir ürəkdə böyük dünya var,
Səni sənsiz belə bilib, gələrlər.
Ümid çırağıdır hər xoş sözləri,
Qəlbinə nur saçar bir sabah kimi.
Heç zaman sönməsin nurlu gözləri,
Gəlsinlər ömrünə ilk bahar kimi.
Tanrıya əl açaq diləyimiz bu,
Ömür yollarında iz qoyaq ancaq.
Yaxşılıq – bəşərin sönməyən nuru,
Bizi yaxşılarla yaşatsın Allah.
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

