Xuraman Muradova - Yolçu 06 Sentyabr 2026, 09:02
YOLÇU
Diyar-diyar dolanaram ruhumla,
Hər şəhərin küçəsində izim var.
Şəkillərə düşən qərib kölgəmi,
İtkin düşmüş məktublarım axtarar…
Diyar-diyar gəzərəm mən illərlə,
Bir dəlisov küləyin gənc izində.
O küləklər hara əssə, nə çarə,
Toxumum var hər torpağın döşündə.
Dağlar aşsam, qarşımdadır bu dəniz,
Bu dənizin o tayında bir liman...
Adını da bilmədiyim insanlar
Görən məni tanıyarmı bir zaman?!
Gecə mənə doğma gəlir, sirdaşdır,
Ulduzlar da bələdçimdir, yoldaşdır.
Hər pillə alnıma yazı, yaddaşdır,
Ruhumdan silinib getməz heç zaman.
Daha gecdir, nə durmaq var, nə dönmək,
Addımlarım dastan yazır hər yerə.
Yolçuyam mən, yolçu yolunda gərək
Yollar məni götürür doğma yerə.
Yollar məni götürür doğma yerə
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

