Xuraman Muradova - Özün ol 10 Sentyabr 2026, 03:52
Dünyanın hər işi belədir, inan,
Hər kəs razı qalmaz – bu mümkün deyil.
Özün ol, özün tək yaşa hər zaman,
Həyat səninkidir, özgənin deyil!
Qoy səsin yayılsın, qoy eşidilsin,
Hər qanad çırpıntın bir hünərindir.
Ruhun öz yolunu qoy özü bilsin,
Bu ömür sınaqdır, bu can sənindir.
Səni bilməyənlər nə deyir desin,
Ruhun qanadıyla göylərə ucal.
Bu fani dünyadan köç edən zaman,
Yalnız özün olub, özün kimi qal!
Daşlardan hörülüb hər bir xatirə,
Yıxılsan, o daşlar dayağın olar.
Baş əymə kədərə, enmə namərdə
Səbrin qaranlıqda çırağın olar.
Kimi kölgə gəzər, kimi iz qoyar,
Sən iz qoyanlardan olmağı seçdin.
Ruhun bu həyatdan nə vaxtsa doyar,
Amma sən dürüstlük andını içdin.
Nə bir alqış gözlə, nə də mərhəmət,
Özünə sadiq qal – bu bəsdir sənə.
Ən böyük zəfərdir daxili vəhdət,
Allah pıçıldasın: “Eşq olsun sənə!”
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

