Xuraman Muradova - Ümidin Nuru 09 Sentyabr 2026, 13:36
Hər bir imtahana dözmək lazımdır,
Hər çətinliyin bir mükafatı var.
Zülmət hökm eləsə bütün cahana,
Hər yaxşı əməlin iltifatı var.
Yoxuşlar yorsa da yorğun canını,
Sonda bir fərəhlik, bir dincəliş var.
Haqqa tapşır zamanını, anını,
Allahdan ümidlə bir yüksəliş var.
Qəm etmə, hər düyün açılar bir gün,
Göz yaşın sevincdən gülüstan olar.
Möhkəm ol, yıxılma, sən özün üçün,
Rəbbinin lütfüylə könlün şad olar.
Gözlərin dikilsin uca göylərə,
Səcdədə tapacaq ruhun aramı.
Nə qədər qəm, kədər qalsa sinədə,
İlahi bir sığal sarar yaranı.
Sönməz bu ümidin müqəddəs nuru,
Haqqın dərgahında taparsan pənah.
Qəlbində sevgiylə yaşat ruhunu,
Nurdan bir gələcək bəxş edər Allah.
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

