Şərifə Cəfəri - Arı gülə nəfəs verir 20 Avqust 2026, 13:28
Arı gülə nəfəs verir,
Gül arıya can şirəsin
Arılar ölsə deyillər,
Bitəcək ömrü hər kəsin.
Həyat bu incə sevgiyə,
Bu qədər bağlıdır dərin,
Allah sevgisi bitməsin
Arıların, çiçəklərin.
Onlar sevişir bal olur,
İnsan yeyir dada, dada,
Kaş ki bir az ürək olsun,
İlahi, insanlarda da.
Özünü xilqət kralı,
Sanan insan da, bir təhər,
Paylaşa bilmir çörəyin,
İnsanlarla, arı qədər.
Onlar minnətsiz paylaşır
Çölləri, çəmənləri,
Heç bilmirlər də, ölüm var,
Çürüyəcək bədənləri!
Arıların axtardığı
Savab deyil, günah deyil,
Arıların axtardığı,
Biz axtaran Allah deyil...
Şərifə Cəfəri.
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

