Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında 13 Sentyabr 2026, 12:37
Boş verdim, ürək məst eyləsin, yar havasında,
Tonqal qalasın köksümə, Zumar havasında.
Verdim əlinə badəni, meydana buraxdım,
Mən yanmağa mail, ürəyim nar havasında.
Canı nə edər sidqi könüldən sevən aşiq?!
“Müşfiq” canını etdi fəda, tar havasında.
Bilməm kimə nə? Mən içirəm, keflənirəm mən!
Kimsə niyə yırtır yaxasın, ar havasında?
Gəl, ruhumu azad elə, ey yerdəki Tanrım,
Ruhum nəfəs almır, sinəmin dar havasında.
Sən mərkəzi ömrümdə duran nöqtəsən, ay eşq!
Qoy mən dolanım başına pərgar havasında.
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

