Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xəbərlər

Aysel Xanlarqızı - Depressiya və ya Birinci Məktubdan Öncə...

Aysel Xanlarqızı - Depressiya və ya Birinci Məktubdan Öncə...

Depressiya və ya

Birinci Məktubdan Öncə...

Yuxudan qan-tər içində ayılan depressiya ona tərəf addımlamağa başlamışdı...

Yaxınlaşdıqca qadının üz ifadəsi dəyişirdi. Az öncə yatağa ölü kimi uzatdığı vücudunu buraxdığı yerdə tapa bilmirdi. Sanki tavandan asdığı

ruhunun ayaqları altında tərpənən kətilin aşacağı qədər yol qalmışdı ölməyinə. Barmaqlarının ucu ilə ayağının altındakı döşəməni bərk-bərk tutub saxlamağa çalışırdı sonuncu ümidi. Otağın üstünə aşan divarları altından xarabalığa dönmüş həyatının qalıqlarını axtarıb tapmağa çalışırdı. Bu uçqundan sevdiklərini sağ-salamat çıxarıb kənara qoya bilmə sevincini yaşayırdı xəyalında... Özü isə yaşamaq uğrunda mübarizə aparırdı. Dağınıq, bir az da qarışıq saçlarını çiyinlərinə töküb gözünün yayılmış sürməsini əlinin arxası ilə silərək üzünə ağ-qara tonlarla sanki o qadının taleyini yazmış depressiya isə bu gecəni yenə onun qoynunda keçirmək istəyirdi.

Kimsəyə anlata bilmədiyi ağrıları ürəyinin bir küncündə büküb saxladığı yerdən çıxarıb sinəsi üstə sərdi. Uzaqdan yaxınlaşan o lənət hissə gəlmə

demək istəsə də, fikirləri qarışırdı. Bu qarışıqlıq son günlər məsum gülüşünü də üzündən soyundurmuşdu. Sevincdən çılpaq qalmış baxışlarında səhərlər doğan Günəşə qarşı ölüm soyuqluğu, əvvəllər ona xoş gələn, onu xoşbəxt edən hər şeyə qarşı laqeyd, sönük hisslərlə susurdu artıq. Ətraf

onu əsəbi davranışlarla qıcıqlandırırdı sanki...

Bütün bunlara rəğmən yuvarlandığı uçurumdan xilas olmaq üçün mucadilə edirdi... Kül rəngindəki duyğularına qatmaq istədiyi başqa çalarlar

ilə əlvan rənglərə boyamaq istəyirdi həyatını...

...Boz rəngi hansı rəng çaları rəngbərəng edə bilər ki?! Bu rəngə nə qatırdısa qara alınırdı çünki... Bəlkə də rəssam olsaydı bacarardı, nə bilmək

olar?! Və bəlkə də həyatının portretini özü çəkərdi, görmək istədiyi kimi...

Bütün bunları düşünərək yatağına səpələnmiş qarışıq fikirləri əlinin tərsiylə kənara itələyərək ayağa qalxmaq istədi... Deyəsən bacardı. Yorğun

düşmüş sinir sisteminə qalib gəlib taqətdən düşmüş ayaqlarını güclə yataqdan endirib döşəmənin üstünə qoydu. Yaxınlaşmaqda olan lənətə gəlmiş depressiyanın gəlişinə məhəl qoymayaraq vanna otağına tərəf addımladı.

Az keçməmiş, su səsi hönkürtü səsində axaraq vanna otağının divarlarında dünyanın ən kədərli musiqisini ifa etməyə başladı. Bu səs içini boşaltmaqda olan qadının çılpaq çiyinlərini qucaqlayan depressiv halındakı kimsəyə anlada bilmədiyi ağrılarının fəryadı idi.

Qəfil telefon zənginə diksinən beynindəki ağırlıq, çiyinlərinə mehr salan depressiv duyğular bir andaca kənar çəkildilər. Sevdiyindən mesaj gəl-

misdi...

Hə, bir də oğlu yazırdı: “Canım anam, səninçün

elə darıxmışam ki...”

Aysel Xanlarqızı

Əlavə edilib
05:36
Oxunma
30
Oxuma müddəti
2 dəq oxu
Orijinal dil
Azərbaycan dili
Paylaş:FacebookXTelegramWhatsApp

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.