Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xəbərlər

Nəcibə İlkin - 65

Nəcibə İlkin - 65

Nəcibə İlkin (Babakişiyeva) Bahadur qızı. 1961-ci ilin iyulun 22-də Tərtər rayonunun Sarov kəndində doğulub. Ali təhsilli filoloqdur. Ailəlidir. İki övladı, iki nəvəsi var. Bakının Masazır qəsəbəsində yaşayır.

2006 -cı ildən Azərbaycan Nəşriyyatında çalışır. Təsisçisi və baş redaktoru olduğu "Azad Qələm" qəzetinin və jurnalının, "Ali Ziya" jurnalının baş redaktorudur. 1000 -ə yaxın kitabın redaktoru və ön söz müəllifidir. 30 ildir ədəbi və mətbu sahədə şair-publisist, jurnalist, yazıçı və ictimai xadim kimi fəaliyyət göstərir.

28 kitabın müəllifidir. Kitablarının əksəriyyəti vətən mövzulu olmaqla şəhidlər haqqındadır. Kitabları şeirlər, povest və hekayələr, romanlar və ədəbi publisisitkadan ibarətdir. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2007-dən Azərbaycan Jurnalistlər Birliyinin, 2009-cu ildən Türkiyə Yazarlar Birliyinin və İraq Türkmən Ədəbiyyatı Birliyinin üzvüdür. 2011-ci ildən Rusiya Beynəlxalq "Gülüstan" İctimai Birliyinin fəallarından biridir. Sənəti ilə bağlı 2009-cu ildən Türkiyənin ilk olaraq Nevşehrində, 2011-ci ildən isə başqa şəhərlərində Ankarada, İzmitdə, İzmirdə, Sivasda, Adanada, İstanbulda olub. Adana Çükürova Edebiyyat Dərnəyinin təmsilçisi və kardinatorudur. Orda dərc olunmuş "Hər şeirdən bir damet" adlı türk dilli ölkələrin qatıldığı antologiyanın redaktorudu.

Türkiyədə olduğu illərdə müxtəlif mükafatlarla təltif olunub.

2019-cu ildə Türkiyədə nəşr olunan “Elbistan”dərgisinin redaksiyası tərəfindən Türk dünyası könül elçisi ödülü”-nə layiq görülmüşdür.

2016-cı ildə “Avropa Nəşr Mətbu Evi”-nin QIZIL MEDALI Ilə təltif edilərək, ona “ilin ən yaxşı vətənpərvər şairi” mükafatı təqdim edilmişdir.

2020-ci ildə Mərkəzi Asiyanın “YENİ AVAZ” Yazıçılar və Tarixçilər Birliyinin və “TURAN BİRLİYİ” medalı ilə mükafatlandırılıb.

Bundan başqa yüzlərlə başqa təşkilat və QHT lər tərəfindən media mükafatlarına layiq görülüb.

65 illik yubileyi ilə əlaqədar Türk Dövlətləri Birliyi Koordinasiya Mərkəzinin Azərbaycan üzrə direktoru İlqar Türkoğlu tərəfindən "Türk Dövlətləri Birliyi" medalına layiq görüldü.

Tez -tez efirlərdə şair, ictimai xadim, ailə və sosial məsələlər üzrə ekspert qismində iştirak edir.

NƏCİBƏ İLKİN -65

Nə qəribə təsadüf...

Dayanmışdıq üz-üzə...

Ayaqlarımız elə bil yerdən üzülmüşdü,

Payız xəyallarımın üstünə

Yaz çiçəkləri düzülmüşdü...

Yenə göyün yeddinci qatında

Yenə sevgi atında

Çapırdıq dörd nala..

Sevgi yüklü baxışlarda

Əriyirdik az qala....

Susub, danışmırdıq...

Uzun illərin acısını gözündə söndürmək

üçün üşüyən baxışlarımız danışırdı...

Sevgi yaşlarını yarpaq-yarpaq

bükən ürəyimiz gizli-gizli alışırdı.

Həsrətindən donmuş dodağımıın pıçıltısında

eşitdim adını.

Sonra o səs qulaqlarımda, başımda uğuldadı:

-Niyə aldatdın o qadını?!

Gözümdəki buludların leysana dönüb

puçur-puçur yanağımda çiçəklənməsindən ayıldım.

Sönmüş eşqimizin çırağını yandırmaq üçün əlimi sənə uzatdım

Donmuşdun xəyalların kimi...

Əlində buzlamışdı xatirələrin yanan dilləri

Nəfəsinin yaza dönən yolunu qar basmışdı

Birdən ayılıb görməmiş kimi yenidən tikdin üzümə baxışlarını...

Bilmədim qar yağmışdı...ya xatirələrin iziydi..

Bir anlıq qar adamını xatırladın...

Sən demə.....

Eşqimizin qocalıq çağı gəlmişdi!!!!

Əlavə edilib
03:43
Oxunma
29
Oxuma müddəti
2 dəq oxu
Orijinal dil
Azərbaycan dili
Paylaş:FacebookXTelegramWhatsApp

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.