Nəcibə İlkin - ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCANIM!
**ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCANIM!
*Bu zəfəri bizə bəxş edən şəhidlərimiziböyük ehtiramla yad edib,ruhları qarşıdında baş əyirəm.Qazilərimizə can sağlığı arzu edirəm.***
Gözün aydın olsun Azərbaycanım,Mübarək bu əzmin, azad nəfəsin!Şanlı Ordumuzun rəşadətiylə,Yayıldı dünyaya qələbə səsin!
Oğullar doğuldu, böyüdü ər tək,Silaha sarılıb, vətən dedilər.Doğma torpağını azad etməyə,Hər biri ən əziz vətən idilər.
Neçə il işğalda olan Qarabağ,Bu gün azadlığın nəfəsin duydu.İgid oğullarım, mərd oğullarım,Yeni bir tarixin təməlin qoydu.
Qarabağ adının azadlığını,Yazdılar vətənin zəfər adına.İgidlik rəmzini bir əsgər kimi,Bəzədi qəhrəman türk soyadına.
Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam,Aldı sinəsinə al bayrağını.Kəlbəcər, Laçınım, Qubadlı, Şuşam,Sildi gözümüzdən həsrət dağını.
Qələbə qazandı Azərbaycanım,Bu zəfər tarixin silinməz yaşı.Sevindi dünyanın hər bir yerindəVətənin can deyən qərib soydaşı.
Gözün aydın olsun Azərbaycanım,Qaliblər içində qalib olmuşuq.Vətən səmasında azad göyərçin,Vətən torpağında səngər qurmuşuq.
Biz "Odlar Yurdu"yuq, alovlu, odlu,Türk oğlu, türk kimi bir cəngavərik..Parça-parça olub paralansaq da,Yenə bütövləşib, meydanda nərik.
Budur qələbəmiz, bayrağımız tək,Xankəndində qürurla dalğalanır.Dəmir yumruq olan vətən sevgimizXocalı qisaslı öz haqqın anır.
Susdurdu düşməni igid, ərənlər,Dil açıb hər yerdə qürur, əzmimiz.Haqqın sədasında ucalsın hər an,Oxunsun hər yanda vətən himnimiz.
Biz Turan elliyik, türk oğlu türkük,Əl-ələ vermişik vətən göyündə.Qoy bilsin hər bir kəs qələbəmizləTuran yaradırıq vətən deyəndə.
Azad yaşayacaq gələcək nəsil,Bu zəfər hər kəsə doğma ocaqdı.Qələbə qazanan Azərbaycanım,Həqiqət yolunda dayanacaqdı!
— TDKŞB, 6 avqust 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.