Xuraman Muradova - SƏNDƏN ELƏ KÜSƏRƏM
Mən elə küsərəm səndən, əzizim,Bir daha üzümü görə bilməzsən.Mən elə küsərəm səndən əzizim,İstəsən də geri dönə bilməzsən.
Sənə olan sevgim sonsuz olsa da,Danışa bilməzsən, dinə bilməzsən.Yanarsan qəlbində sən için- için,Dərdini kimsəylə bölə bilməzsən.
Mən elə küsərəm səndən əzizim,Durnalar ağlayar göyün üzündə.Gözü yaşlı qalan bu sevdamızın,Zülmətə çevrilər dünya gözündə.
Son payızda əsənsoyuq küləklər,Aparar sevgimi cox uzaqlara.Fikrin bir nöqtədə ilişib qalar,Gözlərin tikilər uzaq yollara.
Mən elə küsərəm səndən əzizim,Bulud tək hönkürər sevda yağışın.Qalarsan hicranın ümidlərində,Dikilər yollara həsrət baxışın.
— TDKŞB, 17 fevral 2025





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.