Türk Ədəbiyyatı Vəqfinin təşəbbüsü ilə Türk dünyasının hər bir ölkəsini təmsil edən xanımlardan ibarət “Türk Dünyası Qadın Şairlər Birliyi” yaradılıb.
“Türk Dünyası Qadın Şairlər Birliyi”nin yaradılması ilə bağlı qərar bu il avqustun 1-dən 4-dək Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “Türk Dünyası I Lefkoşa Şeir Axşamları” çərçivəsində qəbul edilib.
Tədbirdə Türk dünyasının gələcəyində qadın şairlərin rolu müzakirə olunub.
Azərbaycanlı şairin rəhbərlik edəcəyi birliyin sədr müavinləri vəzifəsinə Türkiyədən İnci Okumuş və Şimali Makedoniyadan Leyla Şerif Emin, baş katibi isə Azərbaycandan Aysel Xanlarqızı təyin ediliblər.
Birliyin əsas məqsədi Türk dünyası qadın şairlərinin yaradıcılığını təbliğ etmək, ədəbi-mədəni körpülər qurmaq, gənc şairlərə dəstək olmaq, Türk dünyası arasında birlik və həmrəyliyi şeir vasitəsilə daha da gücləndirməkdir.
Türk dünyasının qadın şairlərini bir araya gətirəcək qurumun xalqlarımız arasında ədəbi və mədəni əlaqələrin inkişaf etdirilməsi, Türk dünyası qadınlarının əlaqəsinin gücləndirilməsi, xalqlarımız arasında dostluq və həmrəyliyin daha da artırılması, eləcə də türk dövlətlərində irimiqyaslı tədbirlərin keçirilməsində mühüm addımlar atması və bu sahədə əhəmiyyətli rolları üzərinə götürməsi nəzərdə tutulur.
- Əlavə edilib
- 01:46
- Oxunma
- 27
- Oxuma müddəti
- 1 dəq oxu
- Orijinal dil
- Azərbaycan dili


Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.