Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - ALLAH BİZİ SEVSİN
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - ALLAH BİZİ SEVSİN

Haqq bir bəndəsini sevsə, göydə adı aşikâr — Allah bizi sevsin,Sonra Cəbrayıl sevər, göy əhli də olar ona yar — Allah bizi sevsin.

Yer üzündə könüllər də sevgimizə qapı açar — Allah bizi sevsin,Adımız hər pak ürəkdə qalsın nurlu yadigar — Allah bizi sevsin.

Haqq sevgisi qəlbimizdə taxt qursun, tapsın qərar — Allah bizi sevsin,Haqqı sevən pak könüllər ömrümüzdə olsun yar — Allah bizi sevsin.

Mərhəmətli ürəyimiz hər qəribə olsun yar — Allah bizi sevsin,Rəhman bizə rəhm eyləsin, dönsün nura ahü-zar — Allah bizi sevsin.

Hər duamız ərşə qalxsın, arzumuz olsun bərqərar — Allah bizi sevsin,Göz yaşımız dürrə dönsün, könlümüz olsun gülzar — Allah bizi sevsin.

İmtahanlar gəlsə, səbrimizdən doğsun bir vüqar — Allah bizi sevsin,Hər qaranlıq gecəmizin sonu olsun bir bahar — Allah bizi sevsin.

Haqq rizası üçün sevən könüllər nurdan tac taxar — Allah bizi sevsin,Nur minbərləri üstündə olar onlar bəxtiyar — Allah bizi sevsin.

Sevdiyi salehlərlə bizi dost etsin Rəhman olan Yar — Allah bizi sevsin,Mərhəmət, ədalət qəlbimizdə olsun iftixar — Allah bizi sevsin.

Bəndədə olmaz etibar, olmaz ondan əbədi yar — Allah bizi sevsin,Haqdan özgə kimimiz var? Bizə yetər Pərvərdigar — Allah bizi sevsin.

Xuraman söylər: bizi sevdiklərinə sevdirsin, etməsin kimsəyə möhtac — Allah bizi sevsin,Sevsin, sevdirsin, sevindirsin Xaliq olan Yar — Allah bizi sevsin.Allah bizi sevsin

— TDKŞB, 18 avqust 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax