Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - DƏRKİN VÜQARI
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - DƏRKİN VÜQARI

Gördüm ki, çox kütlələr bir boşluqda yaşayır,Səs-küylərin içində həqiqəti tapmazlar.Dərk etdikcə çoxluqdan məqamın uzaqlaşar,Çox insanlar ruhunu heç zaman anlamazlar.

Çoxları qərq olubdur o saxta həvəslərə,Bir məna axtarma gəl, boş yerə yorulma sən.Səssizlikdir ən uca, ən dərin, ali olan,Qal öz ucalığında, gəl əsla yorulma sən.

Çoxluqları gördükcə, ruh təkliyə çəkilər,Bu ki bir qürur deyil, bir idrakın yoludur.Öz ruhunu bilənlər bu dünyada şah olar,Həqiqətə çatmağın ən ali bir yoludur.

Səssizlikdir ən uca, təklikdir ali olan,Doğru yolda ucalar ruhum Haqqa hər zaman.Çox səs-küyü sevmərəm, sükutlara yaram mən,Dərkin vüqarı ilə könüllərdə varam mən.

— TDKŞB, 6 iyul 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax