Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Ədəbiyyatın Canlı Tarixi Sərhat Bəy qardaşımın böyük insanlığına ehtiramla!
Xuraman Muradova - Ədəbiyyatın Canlı Tarixi Sərhat Bəy qardaşımın böyük insanlığına ehtiramla!
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Ədəbiyyatın Canlı Tarixi Sərhat Bəy qardaşımın böyük insanlığına ehtiramla!

Ey ədib, ey piri-irfan, Bəxtiyarsan, Sərhat bəy!

Türkün şeirində, dilində Şəhriyarsan, Sərhat bəy!

“Bil oğlum!” söylədin, titrətdi dünyanı səsin,

Hər könüldə sarsılmaz bir iftixarsan, Sərhat bəy!

Vəqfin başında durub, nurlar saçırsan hər yana,

Sən ədalət mülkünə hər dəm mədarsan, Sərhat bəy!

Çoxlarına yol göstərib haqqı saydın hər zaman,

Sözün qədrin bilənlərə xəzinədarsan, Sərhat bəy!

Bu təvəllüd mübarəkdir, ucal hər gün, hər saat,

Sevənlərin qəlbində nuri-pərgarsan, Sərhat bəy!

Haqqı yazdın, can yandırdın ulu Turan eşqinə,

Millətin ruhunda sönməz bir vüqarsan, Sərhat bəy!

Hər sözün bir hikmət oldu, inci tək parlar müdam,

Sən ədəb mülkündə əsl yadigarsan, Sərhat bəy!

Qoy bu mövlüd müjdə versin, ömrün olsun payidar,

Qutlu yolda hər zaman bir vəfadarsan, Sərhat bəy!

Xuraman söylər: “Duaçın sadiqindir hər zaman,”

Türkiyə mülkündə sən bir ilk baharsan, Sərhat bəy!

— TDKŞB, 30 sentyabr 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax