Xuraman Muradova - Əsl sevgi
Qəfil bir zamanda qarşına çıxar,Ağlına gəlməyən o böyük sevda.Baxışı od olar, qəlbini yaxar,Həyatda yenidən başlanar sevda.
İstəmirəm sönük duyğunu, hissi,Həyəcan verməyən eşq nəyə gərək?!Boğar insanı o tənhalıq hissi,Coşub-çağlamasa, vurmasa ürək.
İllər gəlib keçsin, qoy tək qalım mən,Yalandan yaranan alova uymam.Ruhum inciməsin peşmançılıqdan,Mənasız sevgidən heç bir pay ummam.
Əsl sevgi odur – adı gələndə,Gözündə bir ümid, bir işıq yana.Üzün bircə anlıq, gizli güləndə,Ruhun o sevginin eşqilə yana.
— TDKŞB, 1 iyul 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.