Xuraman Muradova - Gözün aydın, ay Vətən!
44 günlük müharibə Sənə zəfər gətirdi.Qol açdığın oğullarÖzün sənə yetirdiGözün aydın, ay Vətən!
30 illik həsrətiGözlərindən sildilər.Məğlub adlı ləkəni Səndən təmizlədilərGözün aydın, ay Vətən!
Cəsarətin, qüdrətinDilə gəlmişdi bir an. Bu hünərin önündəSanki donmuşdu zaman.Gözün aydın, ay Vətən!
Düşmənə göstərmisənO dəmir yumruğunu. Sən türk oğlu, türk kimiGöstərdin kim olduğun...
— TDKŞB, 25 iyun 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.