Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Payız kimiyəm
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Payız kimiyəm

Səssizliyin içində xatirələr boylanır,Sarı yarpaqlar təki ümidlər daldalanır.Gah sönən ocaq kimi bir az tüstülənir can,Gah da soyuq yellərdə üşüyən gül kimiyəm...Ömrün kövrək fəslidir, könül susub dinləyir,Durnaların köçü tək bir duyğu köç eyləyir.Nə bahar həvəsim var, nə qış qapını döyür,Öz içimdə çağlayan intizarın səsiyəm...Nə yorğunluq adı var, nə inciklik bəllidir,Küləklərin apardığı o xəfif təsəllidir.Baxışlarım dalğalı, gözlərim də qəmlidir,Bu aralar elə bil... Bir az payız kimiyəm.Bir az payız kimiyəm

— TDKŞB, 13 sentyabr 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax