Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK

Gəl gələn ən xoş kəlamı sağlığında söyləyək,Qədrini hər bir canın biz sağlığında söyləyək.Adət olmuş bir kəs ölsün, sonra tərif söyləyək,Haqqı varkən, gəl bu haqqı sağlığında söyləyək.

Bəlkə xoş sözdən ömürlər nur saçar, artar yaşın,Hər gözəl söz cana dərman, sağlığında söyləyək.Neyləyir torpaq altında o bəzəkli sözləri?Gözlərin nuru sönmədən, sağlığında söyləyək.

Mahnı qoşmaq, şeir yazmaq ruhu şad etməz daha,Ruh bədəndən uçmamış, gəl sağlığında söyləyək.Gül verib güldürmək olmaz torpağın ağuşunu,Gül üzün gülsün deyə, biz sağlığında söyləyək.

Gözləyir hər kəs ölümü, sanki bir qiymət verə,Gəl bu qədrin şanını biz sağlığında söyləyək.Hər nə varsa bomboş eylər ölümü hər bir kəsin,Dəyəri, eşqi, vəfanı sağlığında söyləyək.

Gecikən bir tərifi eşitməyir cansız bədən,Söyləyək, fürsət varkən, sağlığında söyləyək.İstəyir Xuraman hər qəlb sevgi dastanə dönə,İncitək hər bir sözü gəl sağlığında söyləyək.Sağlığında söyləyək, sağlığında söyləyək...

— TDKŞB, 14 sentyabr 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax