Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - ŞAİRİN SEVGİSİ
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - ŞAİRİN SEVGİSİ

Könül bir səmimi “salam” gözləyər,Məğrur duruşunu bəyan eyləyər.Şükür hər qismətə, şükür Allaha,Şair öz sevgisin şeirə söyləyər.

Gələn gəlməsə də səbr edər dözüm,Həsrətin odunda qovrular dözüm.Dünyanın içində tək qalsa belə,Məğrur baxışımda ağlamaz dözüm.

Zamanın hökmünə baş əyməz qürur,Sükutun içində min ümid durur.Taleyim sınağa çəksə də məni,Ruhum öz eşqiylə bir qala qurur.

Şairin sevgisi ölməz heç zaman,Şeirlərə dönər hər həsrət, güman.O susaraq sevər, sevgisi yaşar,Şairin sevgisi ölməz heç zaman…

— TDKŞB, 27 iyun 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax