Xuraman Muradova - Sən xatirə ol
Bir axşam dünya ruhuna dar gələr,Qəlbinə bir nisgil, bir kədər çökər.Başını qaldırıb göylərə bir bax,O geniş səmalar gör nə söyləyər.
Xatırla, xatırla o anı, yeri,Tərk edib gedənlər dönməyir geri.Lakin o göylərdə bir nişanə var,Mənəm o səssizlik, mənəm o vüqar.
Sığmaz bu genişlik heç bir məkana,Sanki bir əmanət qalar dünyana.Sənin gözlərində sönən o məşəl,Qürurlu eşqimdir, çatmaz ona əl.
Amma heyhat, artıq keçibdir zaman,Peşmanlıq qəlbinə verməz heç aman.Gecikmiş etiraf – küləkli bir yol,Mən uzaq ulduzam, sən xatirə ol.
— TDKŞB, 4 iyul 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.