Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - SEVGİLİMDƏN BİR XƏBƏR
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - SEVGİLİMDƏN BİR XƏBƏR

SEVGİLİMDƏN BİR XƏBƏR

Xuraman Muradova

Sevgilimdən bir xəbərKüləklərdən istədim.Küləklər də söylədi:«Mən onu heç görmədim…»

Sonra tutdum üzümüYağan yağmurlara mən.Yağmurlar da utanıbYağmadı, küsdü məndən.Dedi: «Bizdə xəbər yoxSənin o sevgilindən…»

İstədim ki, soruşamSəni mavi Xəzərdən.Xəzər də cuşa gəldi:«Xəbər gözləmə məndən…»

Sonra baxdım göylərə,Üz tutdum günəşə mən.Günəş də küsmüş məndən,Dedi: «Aydan soruş sən…»

Heç özüm də bilmədənÜşüdü ruhum nədən.Aydan xəbər istədim,Ay da utandı məndən.Qorxdu, şahid çəkərəmOnu sevgimizə mən…

Sevgilimdən bir xəbər,Bir xəbər verin, yetər…Ay da üzümə baxdı,Baxışında min kədər.Dedi: «Sən onu niyəSevdin axı bu qədər?»

Küləklər də susdular,Yağmurlar küsdü məndən.Lal qaldı mavi Xəzər,Günəş də küsdü məndən…

Ay da gizlənib getdi,Üzündə qəm və kədər.Söylədi: «Bəs sən onuNiyə sevdin bu qədər?»Söylədi: «Bəs sən onuNiyə sevdin bu qədər?..»

— TDKŞB, 29 avqust 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax