Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - SOLĞUN XATİRƏLƏR
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - SOLĞUN XATİRƏLƏR

Saralmış yarpaqlar ayaq altında,Payızın nəfəsi küçəni bükür.Gün batır, kölgələr uzanır yolda,Zamanın əlindən sükutlar çökür.

Dəniz sahili tək qalıb bu axşam,Yağış yuyur indi o köhnə izi.Ömürdən köçənlər qayıtmaz bir anYadıma salır o solğun dənizi.

Səssizcə xəyala daldı bu qəlbim,Külək pıçıldayır uzaq bir adı.Qaldı xatirimdə solğun bir şəklin,Bir ömür dediyin – xatirə dadı.

Qayıtmaz o günlər, bilirəm artıq,Xəyallar qalıbdır yaddaşımda tək.Nə qədər uzaqda qalsa da illər,Adını pıçıldar bir kövrək ürək.

Saralmış yarpaqlar yenə yol salır,Payız hər il eyni nağılı deyir.Gedən geri dönməz, bilirik bunu,Amma xatirələr heç vaxt ölməyir.

— TDKŞB, 10 iyul 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax