Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Təvəkkül eylə
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Təvəkkül eylə

Sınarmış yarpağı rüzgâr, edərmiş insanı səbr imtahan,Bu fani daxilin hər bir anında gizlidir sirri-bəyan.

Açarsan ən gözəl gültək, nə bilsin qədrini nadan,Səni bəzən ucuz eylər qəlbi sevməkdən uzaq insan.

Haman Qüdrətdir, ey can, həm səni var eyləyən, sınayan,O Xaliqdir qəmi dildən silib, hikmətlə ovudan.

Biləsən, hər nə gəlsə başa, Allahdır o tək Sultan,Üzülmə, dəyməz heç bir şeyə bu cahanda ah-fəğan.

Yazılmış qismətin zərrəcə zərrə, eyləmə şübhə,Təvəkkül eylə sən Haqqa, sığın bircə o uca Rəbbə.

— TDKŞB, 9 iyun 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax