Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Torpaqdır sadiq dost…
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Torpaqdır sadiq dost…

Kimi dost çağırdıq, kimə güvəndik,Hər kəsin qəlbində yalanı gördük.Vəfa axtardıqca çox ləngidik biz,Ən sonda torpaqda vəfanı gördük.

Nə isti qucaqlar, nə şirin sözlər,Nə bir cüt vəfalı, ağlayan gözlər…Hamısı zamana yenilib gedər,Təkcə qara torpaq bir zaman gözlər.

O nə gileylənər, nə də inciməz,Sirləri gizlədər, heç kəsə deməz.Dünyanın yükünü çəkən bu torpaq,Səni öz bağrına basar, “get” deməz.

Çox dostlar itirdik bu yolun üstə,Çox saxta gülüşlər qoyduq rəflərə.Ümidlər qocaldı hər gün ah-üstə,Qayıtdıq zamana, ötən illərə.

Ən son sığınacaq, ən sonuncu yar,Bağrında həm kədər, həm də hüzün var.Nə darlıq eyləyər, nə yolun azar,Ayrılıq möhrünü yalnız o yazar.

İstər şah olasan, istərsə gəda,Gün gələr bir kimsə yetişməz dada.Bütün sarılanlar edər əlvida,Sonunda torpaqdır hər kəsə səda.

Nə ad qalar, nə də şan, bu dünyada,Bir ovuc torpağa dönər hər nida…Kim idik, nə idik — soruşan olmaz,Torpaqdan gələnlər, dönər torpağa.Torpaqdan gələnlər dönər torpağa…

— TDKŞB, 11 sentyabr 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax