Xuraman Muradova - Ümidin Nuru
Hər bir imtahana dözmək lazımdır,Hər çətinliyin bir mükafatı var.Zülmət hökm eləsə bütün cahana,Hər yaxşı əməlin iltifatı var.
Yoxuşlar yorsa da yorğun canını,Sonda bir fərəhlik, bir dincəliş var.Haqqa tapşır zamanını, anını,Allahdan ümidlə bir yüksəliş var.
Qəm etmə, hər düyün açılar bir gün,Göz yaşın sevincdən gülüstan olar.Möhkəm ol, yıxılma, sən özün üçün,Rəbbinin lütfüylə könlün şad olar.
Gözlərin dikilsin uca göylərə,Səcdədə tapacaq ruhun aramı.Nə qədər qəm, kədər qalsa sinədə,İlahi bir sığal sarar yaranı.
Sönməz bu ümidin müqəddəs nuru,Haqqın dərgahında taparsan pənah.Qəlbində sevgiylə yaşat ruhunu,Nurdan bir gələcək bəxş edər Allah.
— TDKŞB, 9 sentyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.