Xuraman Muradova - Yaralanar
Kəlam bıçaq olsa, kəsilər nəfəs,Cana qubar qonar, dil yaralanar.Baxış soyuq olsa, qırılar həvəs,Könül mülkü yanar, qəlb yaralanar.
Ruhunda daha çox sevgi gözlərsən,Bir doğru sevgiyə ümid bəslərsən.Sevdiyin insandan soyuqluq görsən,Ruhun incik qalar, qəlb yaralanar.
Zaman bir aynadır, süzər ömrünüƏridər sinədə ən sərt dəmiri.Fələk hökm edəndə gizli əmriniÖmür payız olar, il yaralanar.
Həqiqət gizlənər maska dalında,Ruh da özgələşər öz iqbalında.Bir gerçək sevginin xoş kəmalında,Dünya çiçəklənər, könül canlanar.
— TDKŞB, 22 iyun 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.