Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - Zaman göstərər...
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - Zaman göstərər...

Fəğanlar ucalar, ruhun sıxılar,Güman bağladığın dağlar uçular.Gözündən qanlı yaş birdən axılar,Kimi itirdiyin zaman göstərər.

Yalançı sevgilər tərk edib gedər,Ömrünü qəfəsə salar bu kədər.Kim sadiq qalarmış axıra qədər,O gizli sirləri zaman göstərər.

Hərə bir cür geyər bəyaz donunu,Görməzsən gəlmədən yolun sonunu.Fələyin qurduğu qəm oyununu,Açıb hər pərdəni zaman göstərər.

Alışıb yansan da daha gec olar,Hər itən nəfəsin dərdi güc olar.İlk baharın solar, gələr sonbahar,Kimi itirdiyin zaman göstərər.

Ucalan dağların başı qar olar,Səbirsiz qəlblərə dünya dar olar.Kimə ziyan qalar, kimə kar olar,Haqqı və nahaqqı zaman göstərər.

— TDKŞB, 20 iyun 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax