Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
İradə Əlili - DOSTUM
Şeirlər · Azərbaycan dili

İradə Əlili - DOSTUM

Gəl, öz dünyan ilə sar məni, dostumÖzümkü əynimə boş gəlir daha.Köksümdən, köksünlə vur məni, dostumÜmid var doğulan günə, sabaha.

Tanrıdan kəsilməz ümid, yəqindir.Yəqinlər yaradıb dünyanı, yəqin!Cəsarət ölçüsü zəiflik deyil,Gümrahlar görmüşəm qorxudan əzgin.

Birlikdə acılar keçib gedəndir.Gələcək şirinlər, acı əvəzi.Dünyamı dünyanla dostum sevindir.Qəlbdə günəş yandır gözü sevindir.Gəl, öz dünyanı ilə sar məni dostum!

— TDKŞB, 3 avqust 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax